Nida Xəbər
Gənc sahibkarlığın inkişafına diqqət ayrılmalıdır - Mirbəşiroğlu
“Sahibkarlığın inkişafı üçün dövlət tərəfindən addımlar atılır. Qlobal təhdidlərə baxmayaraq, Azərbaycanda milli-iqtisadi sistem dayanıqlığını qoruyub saxlayıb”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında Elşad Mirbəşiroğlu deyib.
O, diqqəti gənc işsizlər məsələsinə çəkib: “Gənc işsizliyin miqyası dünyada genişlənir və ildən-ilə artır. Son rəqəmlərə görə, onların sayı 300 milyon nəfərdən artıqdır. Bu 300 milyondan təxminən 20 faizə qədəri sahibkarlıq yaratmaq imkanlarına malikdir. Azərbaycan dövləti qlobal təhdidlərin qarşısını almaq üçün preventiv addımlar atır. Ölkədə gənc sahibkarlığın inkişafı istiqamətində müxtəlif layihələr, proqramlar var. Amma bu istiqamətdə intensivliyin artırılması arzuediləndir. Ölkəmizdə gənc sahibkarlığın inkişafı məsələsinə diqqət ayrılmalıdır. Ağdamda sənaye parkının yaradılması haqda qərar var. Hesab edirəm ki, işğaldan azad edilən ərazilərdə gənc sahibkarlığın inkişafı məsələsinin prioritet kimi götürülməsi müsbət hadisə olardı”.
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu








.jpg)

.jpg)























