Nida Xəbər
Elm və təhsil komitəsi iclas keçirdi
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, komitənin sədri Bəxtiyar Əliyev əvvəlcə “Milli Məclisin 2021-ci ilin yaz sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlərin hesabatı”nı təqdim edib.
Bildirib ki, yaz sessiyasında komitənin 8 iclası keçirilib, 15 məsələyə baxılıb, iş planında nəzərdə tutulan məsələlər həllini tapıb. Yalnız “Ali təhsil haqqında” qanun layihəsi üzərində iş davam edir və sənəd yaxın vaxtlarda yeni redaktədə komitənin müzakirəsinə çıxarılacaq.
Onlayn iclasda aparılan fikir mübadiləsində Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, deputatlar Anar İsgəndərov, Aqiyə Naxçıvanlı, Ceyhun Məmmədov, Etibar Əliyev, İsa Həbibbəyli hesabatı məqbul sayıblar.
Sonra iclasda “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
Komitə sədri bildirib ki, qanun layihəsi bütövlükdə vətəndaşların daha keyfiyyətli xidmətlərlə təmin olunmasına, dövlətin əlillərə qayğısının daha da gücləndirilməsinə yönəlib.
İclasda qanun layihəsini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, nəzərdə tutulan dəyişikliklər əsasən əlilliyin təyinində faiz indikatorunun tətbiqini, bu sahəyə dair qabaqcıl beynəlxalq təcrübənin və standartların milli qanunvericilikdə təsbit olunmasını ehtiva edir.
Müzakirə zamanı deputatlar Kamilə Əliyeva, Pərvin Kərimzadə, Etibar Əliyev, Ceyhun Məmmədov, Müşfiq Məmmədli, Şahin Seyidzadə rəy və təkliflərini bildiriblər. Yekunda sözügedən qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda həmçinin Elm və təhsil komitəsinin üzvləri Ülviyyə Ağayeva, Tamam Cəfərova, Eldar Quliyev, Fatma Yıldırım və digər rəsmi şəxslər də iştirak ediblər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
