Nida Xəbər
Əlillik dərəcələri ilə bağlı qanunlara dəyişikliklər qəbul edildi
Ondan çox deputat həmkarım çıxış etdi. Hər biri müəyyən təkliflər verdi. Əlbəttə, deputatlar, həmkarlarım müxtəlif təkliflər irəli sürə bilər. Ancaq elə çıxışlar oldu ki, sanki biz bir qapılı futbol oynayırıq və mən də qapıçıyam.
Publika.az xəbər verir ki, bunu Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklə bağlı deputatların iradını cavablandıran Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O xatırladıb ki, qanun layihələrinin birinci müzakirəsi zamanı deputatlar etiraz etməyiblər. Deputat həmçinin həmkarı Sabir Rüstəmxanlının I oxunuş zamanı layihəni dəstəklədiyini xatırladıb.
Musa Quliyev təklif edib ki, gələn həftə Milli Məclisin ən böyük iclas zalında bu qanunun III oxunuşda müzakirəsi təşkil edilsin: “Həmin iclasda aidiyyəti nazirliyin nümayəndələri, hökumət üzvləri iştirak etsinlər. Yaranmış suallara da orada aydınlıq gətirilsin”.
Komitə sədrinin çıxışından sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
