Nida Xəbər
Əhliman Əmiraslanov Cahit Bağcı ilə görüşdü - FOTO
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov Azərbaycanda diplomatik fəaliyyətə yeni başlayan Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.
Bildirilib ki, tarixi köklərimizdən gələn Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji münasibətlər, iki dövlət liderinin mökəmləndirdiyi dostluq və qardaşlığımız əbədidir. Akademik Əhliman Əmiraslanov bildirdi ki, iki dost və qardaş ölkə - Türkiyə ilə Azərbaycanın arasında olan yaxın münasibətlərin dünya miqyasında analoqu yoxdur. Deputat ölkələrimizin parlament rəhbərləri səviyyəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyib.
O da xüsusi olaraq bildirilib ki, deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq platformalarda bir-birlərini dəstəkləyir və demək olar ki, eyni mövqedən çıxış edirlər. Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov səfirə Azərbaycan parlament nümayəndə heyətinin 7-11 iyun 2021-ci il tarixində Türkiyəyə səfər çərçivəsində olan yüksək səviyyəli görüşlərindən və onun əhəmiyyətindən danışaraq ona fəaliyyət göstərdiyi dövrdə əlaqələrimizin daha da dərinləşməsində uğurlar arzulayıb. Söhbətdə səfir Cahit Bağcı səmimi görüşə görə minnətdarlığını bildirərək Azərbaycanda çox tarixi bir dövrdə səfir kimi fəaliyyətə başlamasından böyük şərəf duyduğunu qeyd edib. Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm əsaslara malik olduğunu vurğulayan səfir bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)


















.jpg)

.jpg)
