Nida Xəbər
Naxçıvan Qarnizonunda “Ehtiyat zabit hazırlığı kursu”nun buraxılışı oldu - FOTO/VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun da cəlb edildiyi ehtiyat zabit hazırlığı kursunu başa vuran məzunlara ilkin zabit rütbələri təqdim edilib.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, kursları uğurla bitirənlərin xidmət yerlərinə yola salınmaları münasibətilə buraxılış mərasimi keçirilib.
əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər məzunları təbrik edərək bildiriblər ki, məşğələlərdə kursantlar müxtəlif növ atıcı və iriçaplı silahlardan praktiki atışları, bütün növ zirehli tank texnikalarından sürücülük və atış çalışmalarını yerinə yetirib, Vətən müharibəsində qazanılan təcrübə uğurla mənimsənilib.
Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-leytenant Fazil Ağalarov bildirib ki, bir neçə gün əvvəl Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə keçirilən birgə taktiki-xüsusi təlimində "BAYRAQDAR-TB2" silahlı pilotsuz uçuş aparatının uğurla tətbiq edilməsi, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksinin, yeni xidməti avtomobillərin istifadəyə verilməsi ordu quruculuğu istiqamətində görülən işlərin məntiqi davamıdır. Muxtar respublikamızda peşəkar hərbçi kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır və bu məqsədlə müxtəlif hərbi ixtisaslar üzrə hazırlıq kursları təşkil olunur. Bundan əvvəl olduğu kimi bu dəfəki ehtiyat zabit hazırlığı kursunu bitirən məzunlardan bir qrupu ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edəcək.
Çıxışların ardından məzunlara rütbə, sertifikat və hədiyyələr təqdim edilib.
Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunların yeni vəzifələrə təyin olunmaları ilə bağlı əmrlər mərasim iştirakçılarına çatdırılıb. Əmrlər oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.
Sonda xatirə şəkili çəkdirilib.
-
İqtisadi gündəm00:45Qiymətli metallar kəskin bahalaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
-
Sosial14 Aprel 21:12Bakı litvalı fotoqrafın gözü ilə... - FOTO
-
Səhiyyə14 Aprel 20:30TƏBİB-in yeni icraçı direktoru kimdir? - DOSYE
-
İKT14 Aprel 19:36Qaban ovlayan robot internet ulduzuna çevrildi - VİDEO






































