Nida Xəbər
Oxçuçayı bu alman şirkəti çirkləndirir - "TRT Deutsch"
Alman "Cronimet Holding" şirkətinin fəaliyyəti nəticəsində Ermənistandan başlanğıcını götürən və Azərbaycan ərazisindən keçən Oxçuçay çayı sənaye tullantıları ilə çirkləndirilir.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "TRT Deutsch" portalı işğaldan azad edilmiş Zəngilan rayonundan hazırlanan reportajda xüsusi vurğulanıb.
Reportajda müxbir Rana Taşkoparan Azərbaycanın su ehtiyatlarının, xüsusən də Oxçuçay çayının çirklənməsindən narahatlığını ifadə edib.
Süjetdə "Cronimet Holdinq"in Ermənistandakı mədən sənayesində fəal iştirak etdiyi və bununla da Oxçuçay çayının sənaye tullantıları ilə çirkləndirildiyi qeyd olunur. Çay o qədər çirkləndirilib ki, burada ağır metallar normadan artıq səviyyəyə çatıb. Təbii ki, bunun fəsadları da saymaqla bitən deyil. Amma görünən odur ki, Ermənistan ərazisində fəaliyyət göstərən mis-molibden zavodu və mis-filiz saflaşdırma kombinatının tullantıları Oxçuçaya axıdıldığından bu çay fəlakətə çevrilib. Oxçuçayın suyunun laboratoriya analizi göstərib ki, burada böyük və təhlükəli həcmdə ağır metallar, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom var.
Müxbir bu şirkətin Almaniyanın Karlsruhe şəhərində yerləşdiyini və yüzdə 60 paya sahib olan Ermənistanın ən böyük vergi ödəyicisi olan Zangezur Mis-Molibden kombinatının əsas səhmdarı olduğunu diqqətə çatdırıb.
"TRT Deutsch" qeyd edir ki, Oxçuçay çayının Ermənistan tərəfindən mədən sənayesi tərəfindən çirklənməsi regional problemdən qlobal problemə çevrilir. Çirklənmə səviyyəsi humanitar fəlakətin astanasındadır. Bu isə, Cənubi Qafqazın ən böyük su mənbələrindən biri olan Araz çayının suyunun keyfiyyətinə mənfi təsir edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
