Nida Xəbər
Eldəniz Səlimova cinayət işi açıldı
“Eldəniz Səlimovun hərəkətləri Milli Məclisin nüfuzuna qətiyyən xələl gətirmir. Deputat məlum hadisədə səlahiyyətlərini aşıb və buna görə onun haqqında vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi açılıb”.
Publika.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev deyib.
O qeyd edib ki, Milli Məclis məsələ ilə bağlı mövqeyini ortaya qoyub. “Bəzən sosial şəbəkələrdə parlamentin ünvanına xoşagəlməz ifadələr işlədilir. Elektron media orqanlarında da vəzifəli şəxslər haqqında etik olmayan informasiyalar yayılır. Hüquq-mühafizə orqanları buna qarşı qanun çərçivəsində mübarizə aparır, son dövrlər prokurorluq tərəfindən cinayət məsuliyyətinə, eləcə də inzibati məsuliyyətə cəlb edilənlər var”.
Kamran Əliyev Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işinin başlanması məsələsinə də toxunub. Qeyd edib ki, hakimiyyət nümayəndələri vəzifəli şəxsdir: “Polis zabitinə zəng edilərək ora çağırılıb. Deputatın tələbi, davranışı qanunsuzdur, buna görə də 309.2-ci maddə ilə cinayət işi açılıb. Burada vətəndaşın hüquqlarının pozulması faktı var. Digər tərəfdən, bu, dövlətin nüfuzuna xələl gətirən haldır”.
Baş prokuror Eldəniz Səlimovun ona qarşı təzyiqlərin edildiyi iddiasının da araşdırılacağını deyib: “Bu iddiadan xəbərimiz var, məsələ araşdırılacaq. Gələcəkdə cinayət işinin detalları ilə tanış olanda görəcəksiniz ki, bu, barışdırmaq müstəvisində olacaq bir hadisə deyil, tamam başqa məsələdir”.
Asif Nərimanlı
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm

































.jpg)
.jpg)

