Nida Xəbər
Tahir Kərimli 10 dəqiqəlik səs yazısından danışdı - VİDEO
Video əlavə olunub.
xxx
Ötən gün Milli Məclisin növbədənkənar sessiyasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilərkən həmkarı Tahir Kərimli çıxış üçün söz almışdı və "polisin yiyəsi var, deputatın yiyəsi yoxdur" ifadələrini işlətmişdi.
Tahir Kərimlinin bu çıxışına ən sərt cavab isə Milli Məclisin sədri Sahibə Qafarovadan gəlmişdi: "Şəxsən mən sizi kabinetimə dəvət edəcəyəm. Ortada səs yazısı var. Mən özüm kabinetdən çıxacağam və sizi 10 dəqiqəlik səs yazısına qulaq asmağa məcbur edəcəyəm! Ondan sonra görüm siz belə danışa bilərsiniz, yoxsa yox?!"
Ölkə ictimaiyyətini maraqlandıran suallardan biri də budur: Həmin 10 dəqiqəlik səs yazısında nələr var idi?
Publika.az-ın əməkdaşı millət vəkili Tahir Kərimli ilə əlaqə saxlayıb. 10 dəqiqəlik səs yazısının təfərrüatlarını öyrənməyə çalışıb. Deputatın iclas bitdikdən sonra sədrin kabinetində həmin səs yazısını dinləyib-dinləmədiyini öyrənməyə çalışıb. Millət vəkili Tahir Kərimlinin bununla bağlı saytımıza açıqlaması qısa və konkret olub:
"Mən bu məsələdə öz ziyanıma susuram. Xahiş edirəm, danışmaq istəmirəm".
Tural Turan
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm

































.jpg)
.jpg)

