Nida Xəbər
Azərbaycan və İran hərbçiləri arasında görüş keçirildi - FOTO
İran İslam Respublikası ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) şimal donanmasının komandanı kontr-admiral Əbdülvahab Tahiri ilə Azərbaycan HDQ komandanın müavini birinci dərəcəli kapitan Həbib Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüşdə "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində "Dəniz Kuboku" müsabiqəsinin təşkili və keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Kontr-admiral Ə.Tahiri azərbaycanlı nümayəndə heyətini İranda görməkdən məmnunluğunu ifadə edib, ölkəmizə bu yarışda müvəffəqiyyətlər arzulayıb.
Birinci dərəcəli kapitan H.Xəlilov "Dəniz Kuboku" müsabiqəsinin bu il İran İslam Respublikasında təşkil olunmasına görə iranlı həmkarına təşəkkürünü bildirib. Yarışın iştirakçı ölkələr arasında dostluq münasibətlərinin daha da artırılması məqsədi ilə keçirildiyi vurğulayıb.
-
Avropa21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR





































