Nida Xəbər
Xüsusi təyinatlılar çətin dağlıq ərazilərdə - FOTO/VİDEO
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində “Çətin dağlıq ərazilərdə taktiki fəaliyyətlər” mövzusunda nümayiş məşğələsi keçirilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kiçik komandirlərin idarəetmə bacarığının artırılması, hücum edən və dəstəkləyən bölmələrlə qarşılıqlı əlaqə suallarının işlənilməsi üzrə keçirilən məşğələdə əsas diqqət 44 günlük Vətən müharibəsində qazanılan təcrübəyə və icra edilən müxtəlif atəş tapşırıqlarının həllinə yönəldilib.
Müxtəlif texniki vasitələrdən və pilotsuz uçuş aparatlarından istifadə edərək vizual müşahidə və havadan kəşfiyyat aparmaqla komandirlər tərəfindən düşmən mövqeyi qiymətləndirilir, qəbul edilmiş qərara uyğun olaraq hər bir xüsusi təyinatlıya yerinə yetirəcəyi tapşırıqlar verilir.
Xüsusi təyinatlı qrup ərazinin çətin keçiləbilən relyefindən istifadə edərək düşmənin mühəndis cəhətdən hazırlıqlı mövqeyinə koordinasiyalı irəliləmə ilə gizli şəkildə yaxınlaşır.
Qarşılıqlı fəaliyyətdə olan atəş dəstək qrupunun düşmən mövqeyinə açdığı atəşlərdən yararlanan xüsusi təyinatlılar qrupda mövcud olan silah nümunələrinin sərrast atəşi ilə düşmənin canlı qüvvəsini məhv edərək hakim yüksəkliyi ələ keçirirlər.
Hakim yüksəklikdə mövqelənən xüsusi təyinatlı qruplar düşmənin əks-hücumunu əngəlləmək və digər qruplarımızın təhlükəsiz hərəkətinə şərait yaratmaq məqsədilə tədbirlər görürlər.
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO










.jpg)

























.jpg)


