Nida Xəbər
İran səfiri: “Arzumuzdur ki, Azərbaycanda daim...”
Bakıda İranın Müqəddəs Müdafiə Həftəsinin 41-ci ildönümünün qeyd edilməsi ilə bağlı tədbir keçirilir.
Publika.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının hərbi vəzifəli şəxsləri və digər bir sıra rəsmi şəxslər, eləcə də Azərbaycan Respublikasında akreditə edilmiş xarici ölkələrin səfirləri və hərbi attaşeləri iştirak edirlər. Mərasim müqəddəs “Quran”dan ayələrin oxunması ilə başlayıb.
Daha sonra Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib. İranın Azərbaycandakı səfirliyinin hərbi attaşesi Cavad Furutəni İrana qarşı 41 il öncə törədilən təcavüzkarlıq aktından bəhs edib. O, İran xalqının bu müharibədən qalib ayrıldığını, Səddam rejiminin təcavüzkarlıq niyyətinin baş tutmadığını vurğulayıb. O, İran Silahlı Qüvvələrinin keçmişdə və indi İran xalqı kimi böyük bir dayağının olduğunu deyib.
C.Furutəni hazırda İran Silahlı Qüvvələrinin mövcud olan gücündən bəhs edib. İranın region ölkələri ilə əməkdaşlıq çərçivəsində İraq və Suriya kimi ölkələrdə beynəlxalq terrorizmə qarşı mübarizə apardığını, bu yolda böyük qurbanlar verdiyini deyib. Hərbi attaşe İranın Azərbaycanla yaxşı münasibətlərinin olduğunu və bu əməkdaşlığın getdikcə daha da inkişaf etdiyini vurğulayıb.
C.Furutəni İranın birinci və ikinci Qarabağ müharibəsində Azərbaycana köməyini əsirgəmədiyini, Azərbaycanın öz torpaqlarına olan suveren hüquqlarını hər zaman müdafiə etdiyni söyləyib.
Daha sonra İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi çıxış edib. Səfir bildirib ki, İran xalqı 1980-88-ci illərdə davam edən müharibə zamanı qəhrəmanlıqla öz ərazi bütövlüyünü təmin edib: “İran İslam Respublikası bu illər ərzində həmişə çalışıb ki, bir çox sahədə, o cümlədən hərbi sahədə hərbi qüdrətini öz heabına gücləndirsin”. Səfir daha sonra deyib: “İranın hərbi qüdrəti hər zaman regionda ona dost ölkələrin təhlükəsizliyinin və sabitliyinin keşiyində olub və olacaq. İran mehriban qonşuluq siyasətini prioritet hesab edərək regionda bütün ölkələr üçün sülh və sabitliyin təmin olunmasından çıxış edir. Bir halda ki, biz Azərbaycandayıq, bizim arzumuz qardaş Azərbaycanda daim sülh, sabitlik və əmin-amanlığın olmasıdır. İki ölkə arasında birgə dini, mədəni və tarixi qardaşlıq əlaqələri köklərinin olduğunu nəzərə alaraq əlaqələrimiz bu köklər üzərində davam edəcək".
Qeyd edək ki, İranın Müqəddəs Müdafiə Həftəsi dedikdə İraqın keçmiş diktatoru Səddam Hüseyn rejiminin hərbi təcavüzünə qarşı İranın müdafiəsinə başlanması nəzərdə tutulur.
-
İdman15:46"Qarabağ" "Çelsi"yə qalib gəlsə: Görün futbolçular nə qədər mükafat alacaq
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...




































