Nida Xəbər
Türkiyə Milli müdafiə nazirinin müavini Naxçıvanda gedib - FOTO/VİDEO
Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nümayəndə heyəti ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi önünə gül dəstəsi qoyub və Heydər Əliyev Muzeyini ziyarət edib. Muzeyi ziyarət edən qonaqlar ümummilli liderimizin vətənimiz Azərbaycana həsr etdiyi mənalı ömür yolunu özündə əks etdirən eksponatlarla yaxından tanış olublar.
Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti Mustafa Kamal Atatürkün Naxçıvan şəhərindəki büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qonaqlar Naxçıvan şəhərindəki Türk şəhidləri abidəsini, Şəhidlər xiyabanını və Ana fəryadı xatirə heykəlini ziyarət ediblər.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olan Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə təlimlərin və hazırda uğurla davam edən “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminin hər iki qardaş ölkənin hərbi qulluqçularına qazandırdığı təcrübənin əhəmiyyətindən danışılıb. Böyük öndərlərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” şüarı keçirilən təlimlərdə və ixtisas hazırlığı kurslarında birliyimizin və bərabərliyimizin ifadəsinə çevrildiyi diqqətə çatdırılıb.
Görüşdən sonra Əlahiddə Ümumqoşun Ordunun hərbi zavodu ilə tanışlıq zamanı nümayəndə heyətinə burada görülən işlər barədə ətraflı məlumat verilib.
İşgüzar səfər çərçivəsində Naxçıvan şəhərində salınan Türkiyə-Naxçıvan Dostluq Parkında ağacəkmə aksiyası keçirilib və Duzdağ Fizioterapiya Mərkəzi ziyarət olunub.
Oktyabrın 1-də Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başa çatıb.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

