Nida Xəbər
SON DƏQİQƏ: Azərbaycanın Əhli-Beyt sevərləri TƏCİLİ TOPLANIR - İrana ETİRAZ (VİDEO)
Video əlavə olunub.
***
Yaxın günlərdə İranın təhdidlərinə etiraz olaraq Azərbaycanın Əhli-Beyt sevərləri təcili toplantı keçirəcək.
Publika.az-ın əldə etdiyi məlumata görə, əsrlərdir ki, xalqımızın ehtiram bəslədiyi şəcərəli Əhli-Beyt mənsubları olan Azərbaycanın müqəddəs Seyid Ocaqları Vətən və dövlət adına təcili toplanmaqla bağlı qərara gəlib.
Məlumata görə, toplantının təşkilatçısı şərqşünas Seyid Camal Əzimbəylinin rəhbəri olduğu Qarabağ Seyid Ocaqlarıdır.
Azərbaycanın bütün Seyid Ocaqlarının nümayəndələrinin qatılacağı tədbirdə ölkənin Əhli-Beyt sevərləri son günlər İranın bəzi dairələrinin ölkəmizə qarşı səsləndirdiyi əsassız və sübutsuz iddialarına öz etirazlarını bildirəcək.
Eləcə də özünü İran İslam Respublikası adlandıran dövlətin müsəlman Azərbaycanı deyil, məscid və ibadətgahlarımızı, seyid ocaqlarımızı 30 illik işğal dövründə məhv edən, yağmalayan, içərisində donuz saxlayan Ermənistanı dəstəkləməsinə, onu işğala şirnikləndirməsinə sərt etirazını çatdıracaq.
Eyni zamanda Azərbaycan Əhli-Beyt sevərlərinin dövlətə və dövlətçiliyimizə bağlılığı bir daha ifadə olunacaq.
Sonda Azərbaycan Seyid Ocaqlarının bəyanat qəbul etməsi gözlənilir.
Tural Turan
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu








.jpg)

.jpg)























