Nida Xəbər
Azərbaycanın Rusiyadakı səfirliyi Araik Arutyunyanla bağlı MƏLUMAT YAYDI
Cari ilin 23 oktyabr tarixində bəzi sosial şəbəkələrdə Araik Arutyunyanın Moskvada olduğu və burada Rusiya Federasiyasının rəsmiləri ilə görüşlər keçirərək regional vəziyyəti müzakirə etdiyi barədə xəbərlər tirajlanıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, son günlər erməni KİV-i tərəfindən “Artsax Respublikasının vəzifəli şəxslərinin” Rusiyaya “işçi səfərləri” və guya burada Rusiyanın siyasi dairələri ilə rəsmi görüşlər keçirdikləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.
"Səfirlik bir daha vurğulayır ki, adları qeyd olunan şəxslər Rusiya Federasiyasının sərhədini Ermənistan Respublikasının vətəndaşlarına məxsus olan pasportlarla keçirlər və burada adətən erməni diasporu nümayəndələri, eləcə də onlara lobbiçilik edən şəxslər ilə görüşürlər, belə səfərlər yalnız şəxsi xarakter daşıyır və rəsmi qəbul edilmir, onlarla Rusiyanın dövlət strukturları və diplomatik xidmət xətti ilə hər-hansı siyasi məsləhətləşmələr aparılmır.
Bir çox hallarda bu kimi məlumatlar saxta olur, heç bir faktlara əsaslanmır, təxribat xarakteri daşıyır və ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaq məqsədini daşıyır".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
