Nida Xəbər
Azərbaycan bu məsələdə bir çox ölkələrə nümunədir - Qaburici
Mən çox şadam ki, artıq Qarabağda insanların ölməsindən danışmırıq. Hamımız orada görülən quruculuq işlərindən danışırıq.
Publika.az xəbər verir ki, bunu Moldovanın keçmiş baş naziri Çiril Qaburici VIII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Qarabağda görülən quruculuq işlərini yüksək qiymətləndirir: "Azərbaycan Prezidentinin bildirdiyi kimi, artıq orada evlər, məktəblər, uşaq bağçaları, mədəniyyət mərkəzləri tikilir, yeni infrastrukturlar yaradılır. Bu, çox vacibdir. Bu, bir daha sübut edir ki, Azərbaycan öz insanlarının yaxşı yaşaması üçün şərait yaratmağa qadirdir".
Çiril Qaburici Azərbaycanın uğurlu vaksinləşmə prosesi apardığını da qeyd edib: "Post-pandemiyadan danışmaq tezdir, çünki pandemiya hələ də davam edir. Azərbaycana gəldikdə, ötən gün Prezident İlham Əliyev bildirdi ki, koronavirusla bağlı ölkədə vəziyyət yaxşıdır, çünki uğurlu vaksinləşmə prosesi gedir. Düşünürəm ki, Azərbaycan bu məsələdə bir çox ölkələrə nümunədir".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
