Nida Xəbər
Pandemiya dünyadakı çatışmazlıqları ortaya çıxardı - Turk
COVID-19 dünyadakı problemləri, çatışmazlıqları ortaya çıxardı.
Publika.az xəbər verir ki, bunu Sloveniyanın keçmiş prezidenti Danilo Turk “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda " İctimai Sağlamlıq və Peyvəndlənmə" mövzusunda paneldə çıxış edərkən deyib.
Keçmiş prezident qeyd edib ki, pandemiyadan çıxarılan nəticələr gələcək strategiyaların formalaşmasına köməklik göstərəcək:
"Pandemiyaya qalib gəlmək üçün qlobal bir platformanın üzərində səylərimizi toplamalıyıq. Biz hazırkı dövrdə hər kəs üçün səhiyyəni əlçatan etməliyik".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto







.jpg)





























