Nida Xəbər
Qarabağ münaqişəsinə son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir - Hikmət Hacıyev
Azərbaycanın əzəli torpaqları işğalda idi. Lakin artıq bütün bunlar tamamilə dəyişildi. Azərbaycanın uğurlu əməliyyatları nəticəsində Ermənistanı sülhə məcbur etdi.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan səylər heç bir nəticə göstərmədi: " Bu gün Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bu artıq xarici siyasət mövzusu deyil. Biz artıq daha geniş regiona, Cənubi Qafqaza nəzarət yetiririk. Azərbaycanla Ermənistan arasında birbaşa yol yoxdur. Biz Zəngəzur dəhlizinin açılması üçün çalışırıq. Bu da Naxçıvanla Azərbaycan arasında gediş-gəlişi təmin edəcək".
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasına maraqlıdır: "Biz cənubi Qafqazda gözlənilən hadisələrdən ibarət region görmək istəyirik. Biz Gürcüstanla da bu sahədə çalışırıq. Ermənistan da bu prosesə qatıla və yalnız faydaları görə bilər. Mən işğaldan azad olunmuş əraziləri görəndə dağıntıları gözləyirdim, amma bu dərəcə də yox. Gəlin Cənubi Qafqaz regionunu tamamilə dəyişdirək, bir mövqedən çıxış edək. Hamı bundan faydalana bilər".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
