Nida Xəbər
Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək - Türkiyə XİN bəyanat yaydı
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb.
Bəyanatda işğal altındakı torpaqlarını qaytarmaq üçün qanuni müdafiə hüququndan istifadə edən Azərbaycanın 9 noyabrda imzalanan üçtərəfli bəyanatla döyüş meydanındakı zəfərini diplomatiya masasında da rəsmiləşdirdiyi, illərdir icra edilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz iradəsi ilə həyata keçirdiyi qeyd olunub.
Bəyantda bildirilib ki, Türkiyə yaşadığı yerlərdən didərgin düşmüş azərbaycanlıların qayıdışına imkan yaranmasından məmnunluq duyur:
"Qarabağ Zəfəri sadəcə işğal altındakı torpaqları azad etməyib, bölgədə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığın da yolunu açıb. Sürətlə abadlaşan Qarabağ və Şərqi Zəngəzur bölgələrində Füzuli Beynəlxalq Hava Limanı, Zəfər Yolu kimi regionun simasını dəyişdirən layihələr Azərbaycanın gücünün göstəricisidir. “İki dövlət, tək millət” inancı ilə, Şuşa Bəyannaməsi ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdırdığımız Azərbaycanın sevinc və qürurunu bölüşürük. Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
