Nida Xəbər
Ombudsman erməni terrorçunun hərbçilərə hücumunu pislədi
2021-ci il 13 noyabr tarixində, səhər saatlarında Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvü tərəfindən Şuşa şəhəri yaxınlığındakı postda xidmət edən hərbiçilərə qarşı törədilən terror aktı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının rəsmi "Facebook" səhifəsində paylaşım edilib.
"Azərbaycan və Rusiya hərbiçilərinə qumbara atmaqla cinayət törətmiş terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.
Cəzasızlıq mühitindən bəhrələnərək qanunsuz erməni silahlı dəstələrinin üzvü tərəfindən növbəti dəfə törədilmiş cinayət günahsız insanların qətlə yetirilməsinə, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına və yeni münaqişə ocaqlarının yaranmasına səbəb olmaqdadır. İnsanların hüquq və azadlıqlarının və davamlı sülhün təmin olunmasına real təhlükə yaradan bu kimi əməlləri qətiyyətlə pisləyir, cinayətkarın törətdiyi əmələ müvafiq olaraq cəzalandırılmasını tələb edirik", - deyə paylaşımda qeyd olunub.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)


















.jpg)

.jpg)
