Nida Xəbər
Deputatdan haqqında yayılan iddialara CAVAB: Nə kirayə haqqı alıram, nə də...
Deputat Anar Məmmədov Bakıda kirayədə yaşaması və buna görə Milli Məclis tərəfindən ona 220 manat vəsaitin ayrılması ilə bağlı iddialarla bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, millət vəkili məsələnin ona aidiyyəti olmadığını bildirib:
"Son zamanlar bəzi saytların yaydığı və həqiqəti əks etdirməyən yazılar təəssüf doğurur. Çünki Bakıda ev kirayəsi üçün Milli Məclis tərəfindən hər hansı bir vəsait almağım barədə yayılan məlumatlar tamamilə əsassızdır və heç bir fakta söykənmir. Mən nə kirayə haqqı alıram, nə də kirayədə qalıram. İndiyədək də kirayə pulu ilə bağlı müraciət etməmişəm və heç bir məvacib də ödənilməyib".
Anar Məmmədov media mənsublarına səslənib: "Mənim mətbuat nümayəndələrinə çox böyük hörmətim var, lakin hörmətli media nümayəndələrinə araşdırılmamış və reallığı əks etdirməyən yazılar dərc etməmələrini tövsiyə edərdim".
"Bizim qarşımızda cənab Prezidentin tapşırıqları və hədəfləri var, xalqımızın dəstəyini görürük, xalq üçün əlimizdən gələni etməyə çalışırıq. Deputat seçildiyim ilk gündən etibarən hər zaman seçicilərimizin yanında olub, şəhid ailələri, aztəminatlı ailələr və qazilərimizin qayğıları ilə maraqlandıq, istər pandemiya, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də indi cənab Prezidentin elan etdiyi prioritetlərin həyata keçirilməsində yaxından iştirak edirik. Əsas məsələ şəhid ailələrinin yanında olub, onlara olan mənəvi borcumuzu ödəməkdir. Buna görə də şərəfli və ləyaqətli fəaliyyətimizə kölgə salmadan daha güclü Azərbaycan naminə yorulmadan və əzmlə dövlətimizə və xalqımıza xidmət göstərməyə davam edirik", - millət vəkili əlavə edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
