Nida Xəbər
Xüsusi təyinatlılarımız təlim keçirdi - VİDEO
Əlahiddə Ümumqoşun Orduda növbəti taktiki-xüsusi təlim keçirilib.
Publika.az xəbər verir ki, xüsusi təyinatlı bölmələrin terrorla mübarizə vərdişlərinin təkmilləşdirildiyi təlimi Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mənsubları izləyib.
Taktiki-xüsusi təlimin ssenarisinə uyğun olaraq pilotsuz uçuş aparatlarından və digər kəşfiyyat vasitələrindən əldə edilmiş məlumata əsasən düşmənin xüsusi hazırlıq keçmiş terror qruplaşmaları dinc və sabitlik şəraitində yaşayan insanlara qarşı təxribat törətmək üçün silah-sursat anbarlarına qanunsuz daşıma fəaliyyəti həyata keçirirlər.
Təxribata hazırlaşan terror qruplaşmasının rəhbərinin sağ olaraq ələ keçirilməsi və dinc insanları hədəf alan silah-sursat anbarlarının aşkarlanaraq məhv edilməsi məqsədilə xüsusi təyinatlı bölmələrimiz antiterror əməliyyatına başlayır.
Xüsusi təyinatlılarımız nəqliyyat-döyüş helikopterlərinin dəstəyi ilə terrorçuların gizləndikləri binaya basqın həyata keçirirlər.
Antiterror əməliyyatlarının icrası zamanı müxtəlif üsul və vasitələrdən istifadə etməklə binaya daxil olan xüsusi həmlə qrupları təxribatçıları zərərsizləşdirməyə davam edirlər.
Yaxın döyüş və atəş üsullarının tətbiqi ilə terrorçuları zərərsizləşdirən xüsusi təyinatlılarımız mülki vətəndaşlarımızı hədəf alan düşmənin silah-sursat anbarlarını aşkarlayaraq partladırlar.
Əməliyyat rayonundan qaçmağa cəhd edən terror qruplaşmasının rəhbəri digər istiqamətdə xüsusi həmlə qrupumuz tərəfindən pusquya salınır və sağ olaraq ələ keçirilir.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin uğurla başa çatması münasibətilə mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan-Türkiyə dostluq əlaqələrindən və hərbi əməkdaşlığından danışan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev xüsusi təyinatlı bölmələrimiz tərəfindən 44 günlük Vətən müharibəsində olduğu kimi təlimlər zamanı da tapşırıqların yüksək peşəkarlıqla icra edilərək qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu diqqətə çatdırıb.
Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

