Nida Xəbər
Mədəniyyətsiz sülh olmayacaq - Prezidentin köməkçisi
Gənclər siyasəti Azərbaycan dövlət siyasətinin təməl sütunlarından biridir. Gənclər Qarabağı görməsə də, torpaqların işğaldan azad olunmasında iştirak etdilər və tarix yazdılar. Azərbaycan gənclərinin bir çox sahələrdə aktiv rolu danılmazdır.
Publika.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.
"Yadımdadır ki, görüşlərin birində Ermənistan nümayəndələrinin birinə sual verdim. Sualım belə idi: Ermənistan son 30 ildə nə əldə edib? Sualın cavabı o oldu ki, heç nə. Ermənistan və Azərbaycan gənclərinin gələcəkdə dialoqu görünür. Lakin bunun üçün etimad quruculuğu lazımdır. Sülh canlı bir konsepsiyadır. Elə bir mühit olmalıdır ki, inkişafa təkan verməlidir. Sülhsüz inkişaf, inkişafsız sülh mümkün deyil. Sülh bütün müsbət amillərin bir araya gətirilməsidir. Azərbaycan və Ermənistan arasında dialoq görünür. Və biz bunu Cənubi Qafqazda gedən dəyişikliklər fonunda görə bilirik. 30 ilə yaxındır ki, sülh uğrunda mübarizə apardıq. Sülh ədalətli olmalıdır. Sülh istəyiriksə, mədəniyyətin inkişafı üçün əvvəlcə əlverişli şərait olmalıdır. Sülhün olmaması fonunda mədəniyyət ən sonda gələ bilər. Təbii ki, mədəniyyətsiz sülh olmayacaq".
Aytən Məftun
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)
.jpg)
