Nida Xəbər
Türk generallar Azərbaycana gəldi - BUNA GÖRƏ/FOTO
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə ölkəmizdə səfərdədir.
Publika.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə “Mehmetçik” Fondunun rəhbəri, ehtiyatda olan general-leytenant Engin Durak, “Elele” Fondunun rəhbəri, ehtiyatda olan general-mayor Taci Kurul, “Eğitim” Fondunun rəhbəri, ehtiyatda olan general-leytenant Kemal Korkmaz və “Dayanışma” Fondunun rəhbəri, ehtiyatda olan polkovnik Mustafa Dündar daxildir.
Qonaqlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər, Şəhidlər xiyabanında və “Türk Şəhidliyi” abidəsində qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.
Sonra nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə görüşü təşkil olunub. Qonaqlara “YAŞAT” Fondunun yaradılması, məqsədləri və həyata keçirilən tədbirlər barədə məlumat verilib. Fondun şəhidlərimizin ailələrinin və qazilərimizin müraciətlərinin həlli istiqamətlərində reallaşdırdığı dəstək tədbirləri diqqətə çatdırılıb Bundan əlavə “YAŞAT” Fondu ilə Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən Fondlar arasındakı mövcud və gələcək əməkdaşlıq perspektivlərinin inkişafı istiqamətində müzakirələr aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti “ASAN xidmət”in, Elektron Hökumətin İnkişafı Mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, həmçinin “ABAD” İçərişəhər etno-butikinin fəaliyyəti ilə də tanış olub.
Qonaqlara xatirə hədiyyələri təqdim olunub.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

