Nida Xəbər
DSX-nin rəhbər heyəti Fəxri xiyabanda - FOTO
Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, müasir dövlətçiliyimizin qurucusu olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyilmiş, məzarı üzərinə gül dəstələri qoyulub.
Dövlət Sərhəd Xidmətinin ali zabit heyəti Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, məzarı üzərinə güllər düzüblər.
Anım günü münasibətilə Dövlət Sərhəd Xidmətinin aparatında keçirilmiş tədbirdə iştirakçılar öncə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-ekspozisiya ilə tanış olublar.
Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edən tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu vurğulayıb.
Həyat amalı Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin inkişafına xidmət olduğu Dahi Liderin mənalı ömrü boyu qüdrətli Azərbaycan yaratmaq uğrunda çalışdığı, dövlətçilik, azərbaycançılıq, vətənpərvər cəmiyyətin formalaşdırılması kimi tarixi missiyasını uğurla yerinə yetirdiyi, Ulu Öndərin təməlini qoyduğu ölkəmizin sosial-iqtisadi, siyasi, hərbi yüksəliş strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, xalqımızın tarixi hədəflərinə qovuşması, Vətən müharibəsində Böyük Zəfərin əldə olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu xüsusi qeyd edilib.
Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş “Xilaskar ömrü” sənədli filmi nümayiş etdirilib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

















.jpg)







.jpg)


