Nida Xəbər
Dövlət Komitəsində diaspor rəhbəri ilə görüş keçirildi
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Azərbaycan-Kanada Dostluq Assosiasiyasının rəhbəri Esmira Əsədova ilə görüşü keçirilib.
Komitədən Publika.az-a bildirilib ki, komitə sədri son illər ərzində Azərbaycanın diaspor quruculuğu sahəsində əldə olunmuş nailiyyətlərdən, Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizin xaricdə tanıdılması istiqamətində görülmüş işlərdən danışıb, qarşıda duran başlıca vəzifə və məqsədlər haqqında fikirlərini bildirib.
Görüşdə Kanadadakı Azərbaycan icması, diaspor təşkilatlarının fəaliyyəti və gələcək perspektivləri müzakirə edilib. Kanadada Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin və ölkəmizin haqq səsinin Kanada ictimaiyyətinə çatdırılması barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 1992-ci ildən Kanadanın Toronto şəhərində yaşayan Esmira Əsədova Kanadada ilk Azərbaycan Cəmiyyətinin yaradıcılarından biridir. O, Kanadada Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, ölkəmizin daha yaxşı tanıdılması, Qarabağ həqiqətlərinin təbliği ilə məşğul olub. 1990-cı illərdə Kanadada Azərbaycan diasporunun formalaşması istiqamətində əvəzsiz işlər görüb, məhz onun təşəbbüsü və aparıcılığı ilə həmin illərdə Kanadanın ingilis və fransız dilli televiziyasında Azərbaycan dilində proqramlar yayımlanıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)