Nida Xəbər
Qırğız nazir FHN-in Akademiyasında - FOTO
Ölkəmizdə səfərdə olan Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeevin rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasına baş çəkib, təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olub.
Publika.az xəbər verir ki, görüşdə fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və Akademiyanın rəisi general-mayor Baba Salayev iştirak edib.
Akademiyanın rəisi B.Salayev qonaqları səmimi salamlayaraq rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, Akademiya FHN üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiya həm respublikamızın, həm də xarici ölkələrin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.
Səmimi görüşə görə təşəkkürünü bildirən qırğız qonaqlar Akademiyanın fəaliyyətini yüksək qiymətləndirib, tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlarını ifadə ediblər.
Sonra qonaqlar Akademiyanın akt zalında FHN Akademiyasının fəaliyyətindən bəhs edən videoçarxı izləyiblər.
Daha sonra qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkib, ali təhsil müəssisəsinin 10 illik fəaliyyətini əks etdirən Muzeyə baxıblar. Muzeylə tanış olduqdan sonra nazir Boobek Ajikeev Akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
