Nida Xəbər
Baş redaktordan QHT müsabiqəsinə etiraz: "Bütün instansiyalara müraciət edəcəyik"
Ötən gün QHT Agentliyi “Şuşa ili”nə həsr edilmiş qrant müsabiqəsinin qaliblərini elan edib.
Publika.az xəbər verir ki, müsabiqədə 227 iddiaçıdan 22-si qalib gəlib. Qalan 205 QHT-nin layihəsi keçməyib.
Qrant müsabiqəsinin qalibləri sırasında deputat Ziyad Səmədzadənin, keçmiş maliyyə naziri Fikrət Yusifovun, tanınmış telejurnalist Lalə Azərtaşın sədri olduğu təşkilatlar da var.
Müsabiqənin yekunları cəmiyyət və ictimaiyyət nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb.
"Modern.az" saytının baş redaktoru, Parlament Jurnalistləri Birliyinin (PJB) rəhbəri Elşad Eyvazlı müsabiqədə qalib gələnləri təbrik etsə də, narazılığını da gizlətməyib: "Qalibləri təbrik edirəm.... Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə müraciət edirəm, əgər beynəlxalq jurnalist qurumlarına çıxış baxımından, bizdən güclü təşkilat varsa, buyurun, deyin. Yox, başqa məqamlar varsa, onu bildirin. Bu, müqəddəs ŞUŞA müsabiqəsidir... Bütün instansiyalara müraciət edəcəyik...".
Beynəlxalq Jurnalistlər Təşkilatının xarici məsələlər üzrə sədr müavini Elşad Eyvazlı bildirib ki, bu müsabiqə digərlərindən fərqlənir: "Çünki Şuşa ilə bağlı müsabiqədir. Həm də müqəddəs bir müsabiqədir. Düşünürəm ki, Şuşanın adına, qələbəmizin qüdrətini özündə təcəssüm və tərənnüm etdirən bir müsabiqə keçirilsin. Mən bir daha qalibləri təbrik edirəm, onlara etirazım yoxdur. Burada söhbət cənab Prezidentin elan etdiyi “Şuşa ili”ndən gedir. Qaliblər Şuşanı dünyaya tanıtmaq üçün müəyyən işlər görəcəksə, nə mutlu bizə, amma görməyəcəklərsə, deməli, yanlış addım atılır. Burada məsələ dövlət, millət marağıdır. Ona görə də doğru yanaşmalıyıq. Hər halda görünən budur ki, doğru yanaşılmayıb. Mən Beynəlxalq Jurnalistlər Təşkilatının sədr müaviniyəm, bizim 45 ölkədə təmsilçimiz var. Layihədə də bildirmişdim ki, dünyanın istənilən ölkəsindən jurnalist gətirə bilərik. Görünən odur ki, ya onlar bu məsələyə baxmayıblar, ya da ekspertlər münasibət bildirdikdən sonra bizim layihə yerdə qalıb. Söhbət bizim layihənin qalib gəlib-gəlməməsindən getmir. Yanaşmanın özü yanlışdır. Şuşaya, qələbəyə layiq yanaşma olmalıdır. Müsabiqənin nəticəsinə uyğun olaraq demək istəyirəm ki, bu, Şuşaya layiq müsabiqə deyil. Altından xətt çəkərək deyirəm ki, bizim təşkilat miqyasında dünya jurnalistikasına çıxacaq ikinci bir təşkilat varsa, o zaman mən hamıdan üzr istəməyə hazıram. Yox, əgər bunu etməyəcəklərsə, deməli, burada başqa maraqlar var. Bu da bizi üzür".
Tural Turan
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC



































