Nida Xəbər
Ermənilərin çıxmaq istəmədiyi Zabux kəndindən görüntülər - VİDEO
2020-ci il 10 noyabr bəyanatına uyğun olaraq, Laçın şəhərindən yan keçən yeni yolun çəkilməsi ilə ermənilər Laçın şəhəri ilə bərabər, Zabux kəndini də tərk etməlidirlər və bu ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçməlidir.
Publika.az xəbər verir ki, Laçın yolunun tamamlanmasına az qaldığı üçün ermənilər cidd-cəhdlə ən azı Zabux kəndini boşaltmaq istəmirlər və yaxud bununla bağlı kampaniya aparırlar.
Erməni mediası isə “kənddə yaşayan ermənilərin” etirazlarını tirajlamaqla və onların etirazlarını yaymaqla məşğuldur. Bununla ermənilər 10 noyabr 2020-ci il bəyanatını ayaqlar altına atmaqla yanaşı, sanki 44 günlük müharibə zamanı qaçdıqlarını unutdurmağa çalışırlar. Ənənəvi erməni hiyləsi işə düşüb.
Məsələ isə budur ki, ermənilər Laçına və Laçın yolu ətrafındakı kəndlərə yalnız işğal dövründə məskunlaşıblar. Burada məskunlaşan ermənilərin əksəriyyəti isə ümumiyyətlə Ermənistanda və Qarabağın müəyyən hissələrində yaşayan ermənilər deyil.
Bu ermənilərin əksəriyyəti Livandan, Suriyadan və digər ərazilərdən gətiriliblər və qanunsuz olaraq Azərbaycanın o zaman işğal edilmiş ərazilərinə yerləşdiriliblər.
Zabux kəndindən erməni mediasının yaydığı bu materialda da hər şey aydın görünür: bu evlər kənd camaatının illərlə özünün tikib-qurduğu evlər deyil, layihə əsasında, dövlət tərəfindən tikilib və xaricdən gətirilən ermənilər məskunlaşdırılıb. Zabuxun icma rəhbəri Andranik Çavuşyan da Livan ermənisidir və bunu heç gizlətmir də.
Ənənəvi olaraq Azərbaycan ərazilərinə köçürülən kimi “dədə-baba torpağımız” deyən ermənilər bu dəfə öz yalanlarını tikdikləri evlərlə ifşa edirlər.
Ermənilər fəxrlə guya müharibədən sonra məktəbin, tibb mərkəzinin, kənd administrasiyasının damını və futbol meydanını təmir etdiklərini bildirirlər. Halbuki bu kənddə dağıntı olmayıb, “təmir” adına da heç nə yoxdur, hər şey rəsmi qurumların ayırdığı vəsaitlə tikilib və kəndə köçürülənlərin istifadəsinə verilib. Əks halda evlərin bütün layihələri eyni olmazdı. (Axar.az)
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

































.jpg)
.jpg)

