Nida Xəbər
Deputatların Qurban bayramı: kimlər kəsməyəcək? – SORĞU
Müqəddəs Qurban bayramına saatlar qalır. Ölkəmizdə yüz illərdir qeyd edilən bu bayramda imkanı olan insanlar qurban kəsir, imkansızlara, kimsəsizlərə paylayır.
İslam dininə görə, imkanı olmayanlar arasından da bir neçə şəxs bir araya gəlib qurbanlıq qoyun ala, kəsə bilərlər.
Bəs bizim deputatlar Qurban bayramını necə qeyd edəcəklər? Şəriətdə 3, ölkəmizdə 2 gün rəsmi bayram olaraq qeyd edilən bu müqəddəs günlərdə qurban kəsəcəklərmi?
Publika.az-ın əməkdaşının suallarını Milli Məclisin deputatlarından bəziləri cavablayıb, bəziləri isə sualdan yayınmağa çalışıblar.
Millət vəkillərinin “bu il qurban kəsəcəksizmi?” –sualına deputatlarımızın cavablarını olduğu kimi təqdim edirik:
Siyavuş Novruzov: “Mütləq qurban kəsəcəyəm. Ümumiyyətlə, hər il qurban kəsirəm, əsasən imkansız adamlara paylayıram. Bir cöngə rayonda, birini Bakıda kəsdirirəm”.
Deputat Aqil Abbas: “Təbii ki, qurban kəsəcəyəm. Hər il qurban kəsirəm, özü də qohum-əqrabaya yox, imkansızlara paylayıram. Birini doğulduğum kənddə kəsdirib oradakı imkansızlara, birini də Bakıda kəsdirib fəhlələrə göndərirəm. Ev tikənlər, fəhlələr çoxdur, onlara aparıram.
Deputat Musa Quliyev: “Bəli, hər il qurban kəsirik, bu il də kəsəcəyik. Əsasən qaydalara uyğun bölüşdürür, tanıdığımız imkansız adamlara paylayırıq. Qurban bayramınız mübarək olsun!”.
Deputat Nəsib Məhəməliyev: “Əvvəla xalqımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm. Allah qurbanlarımızı, dualarımızı qəbul etsin. İnşəallah kəsəcəyik. Gözümüzü açandan, sovet dönəmində belə ailəmizdə hər il qurban kəsilib və mən də hər il kəsmişəm. İmkansız ailələrə paylanılır”.
Deputat Vüqar Bayramov: “Qurban bayramı aztəminatlı ailələrə, eləcə də qayğıya ehtiyacı olanlara daha yaxından dəstək olmaq üçün bir gündür. Qurban bayramının fəlsəfəsi məhz insanların əldə etdiklərinin bir hissəsini kimsəsizlərlə paylaşmasıdır. Xüsusən də sosial təminata daha çox ehtiyacı olan vətəndaşlara dəstək məqsədi daşıyır. Mən də uzun illərdir Qurban bayramında qurban kəsdirirəm. Həmin qurban ətini kimsəsizlərə paylayıram. Bu il də istisna olmayacaq. Sabah qurbanlar kəsdirib kimsəsiz ailələrə təqdim edəcəyəm. Qurban ətini həmişə kimsəsiz ailələrə göndərmişəm. Çalışmışam ki, o ət məhz ehtiyacı olan ailələrə çatdırılsın".
Deputat Elman Nəsirov: Hər il 3, ya da 4 qurbanlıq qoyun alıb kəsdirirəm. Əsasən, usaq evlərinə, qonşuluğumuzda yataqxanada yaşayan ehtiyacı olan insanlara və rayonda sağlamlığında ciddi problemlər səbəbindən işləməyən şəxslərə qurban payı çatdırıram.
Deputat Naqif Həmzəyev: “Şəxsən özüm qurban kəsməyəcəyəm. Qurban bayramınız mübarək olsun!”.
Tural Turan
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib




























.jpg)
.jpg)




