Nida Xəbər
Bu, böyük qayıdışın başlanğıcıdır - Ziyafət Əsgərov
“Bu gün Azərbaycan tarixinin sözün əsl mənasında yadda qalacaq günlərindən biridir. 30 ildən sonra ilk dəfə keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdırlar. Ən xoş sözlərin belə hisslərimizi ifadə etməyə gücü çatmır. 30 ildən sonra keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını sözlə ifadə eləmək çox çətindir. O qədər ürəkaçan bir hadisədir ki, onu ancaq ən səmimi duyğularla ifadə etmək olar”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Ziyafət Əsgərov deyib.
Millət vəkili bildirib ki, keçmiş məcburi köçkünlərin Zəngilan rayonunun Ağalı kəndinə geri qayıtması həm də böyük qayıdışın başlanğıcıdır:
“Sözsüz ki, bütün Qarabağ və Şərqi Zəngəzur yenidən bərpa olunacaq. Bütün məcburi köçkünlərimiz o gözəl yerlərə qayıdacaqlar. Orada həyat yenidən qaynayacaq. Azad edilmiş ərazilərdə yenidən körpələrin gülüşləri olacaq. Bağçalar, məktəblər inşa ediləcək. İnsanlar təsərrüfat işləri ilə məşğul olamağa başlayacaqlar. Biz bu günü çoxdan gözləyirdik. Şükür Allaha, bu günü görmək bizə qismət oldu. Allah cənab prezidentimizin canını sağ eləsin. Müzəffər Ali Baş Komandanımızın sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad olundu. Artıq böyük qayıdış başlayır. Bu elə bir hadisədir ki, adam sevincindən fikirlərini də ifadə etməkdə çətinlik çəkir. Bir millət vəkili kimi gələcəkdə məcburi köçkünlərimizi müşaiət eləmək böyük şərəf olardı. Şəxsən mən özümdən danışıram, dəvət eləsələr, böyük məmnuniyyətlə gedərik. Təki qayıdış olsun, bundan sonra başqa rayonlarımıza da qayıdışları görəcəyik. İnşallah, həmin qayıdış proseslərində biz də iştirak edərik”.
Tural Turan
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

































.jpg)
.jpg)

