Nida Xəbər
“Gənc Liderlər üçün Yay Universiteti” keçirilir
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə "Gənc Liderlər üçün Yay Universiteti" çərçivəsində "Gənc Liderlərin Zirvə Toplantısı" baş tutub.
Publika.az xəbər verir ki, Naftalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən açılış tədbirindən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə tər güllər düzülüb. Sonra isə toplantı öz fəaliyyətinə başlayıb.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, millət vəkili Aydın Mirzəzadə, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Təşkilat Komitəsinin nümayəndələri və gənc liderlər iştirak edib. Tədbir natiqlərin çıxışlarının ardından sual-cavab formatında qeyri-formal şəkildə davam edib.
"Yay Universiteti"ndə günün ikinci yarısı Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov "Gənclər Fondu: imkanlar, perspektivlər və hədəflər", millət vəkili Aydın Mirzəzadə "Azərbaycan dövlətçiliyinin müasir inkişaf tendesiyaları”, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə “Azərbaycanda din: ideoloji və ictimai təhlükəsizlik müstəvisində” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Günün sonunda "Enerjini Paylaş" devizi ilə komandalar arasında müxtəlif əyləncə proqramları təşkil olunub.
Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə layihənin tərəfdaşları olan Naftalan şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər Gənclər və İdman İdarəsi kimi dövlət qurumları və Bank VTB (Azərbaycan), “Badamlı Mineral Sular” MMC, "Az-Granata" kimi biznes subyektlərinə öz təşəkkürünü bildirir.
Səxavət
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
Dünya16:44Daşqın qurbanlarının sayı 700-ə çatır - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"





















.jpg)











.jpg)

.jpg)