Nida Xəbər
Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov iyulun 20-23-ü tarixlərində Koreya Respublikasına səfər edib.
Bu barədə Publika.az-a Azərbaycan XİN-dən məlumat verilib.
Səfər çərçivəsində iyulun 21-də Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədovun, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Yo Sınq-benin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı ikitərəfli diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinin qeyd olunduğu cari ildə Azərbaycan və Koreya arasında ikitərəfli əlaqələrin hazırkı durumundan məmnunluq ifadə olunub. Azərbaycan-Koreya münasibətlərinin gələcək inkişaf imkanları, iqtisadi sahədə əməkdaşlıq, o cümlədən qarşılıqlı ticarət və investisiyaların artırılması, xüsusilə də Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və həmin ərazilərdə aparılan geniş bərpa-quruculuq işlərində Koreya şirkətlərinin mümkün iştirakına dair fikir mübadiləsi aparılıb. Bundan əlavə, turizm, mədəniyyət, səhiyyə və təhsil sahələri üzrə Azərbaycan-Koreya əməkdaşlığının gələcək inkişaf imkanları müzakirə edilib. Həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlərə dair məlumat mübadiləsi həyata keçirilib.
E.Məmmədov Koreyanın yerli media qurumlarından “Korea Times”, “Korea Joongang Daily” və “Aju Ilbo” qəzetlərinin rəhbər şəxsləri və müxbirləri ilə görüşüb və qarşı tərəfin suallarını cavablandırıb.
İyulun 22-də nazir müavini ilə Koreya Respublikası Parlamentinin vitse-spikeri Kim Yonq-cu arasında nəzakət görüşü keçirilib. Görüş zamanı keçən 30 il ərzində Azərbaycan-Koreya əlaqələrinin inkişafında iki ölkə parlamentlərinin oynadığı rol yüksək qiymətləndirilib və bu xüsusda, Koreya Parlamentinin hər zaman nümayiş etdirdiyi açıq və əhatəli əməkdaşlığa görə qarşı tərəfə minnətdarlıq ifadə edilib. Parlamentlərarası əməkdaşlığın təkcə ikitərəfli formatda deyil, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) kimi çoxtərəfli arenada da uğurla davam etdirildiyi bildirilib.
E.Məmmədov Koreya Respublikası Parlamentində parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri So Byonq-su ilə görüşüb.
Xarici işlər nazirinin müavini, həmçinin Koreya İdxalatçılar Assosiasiyasının (KOIMA) sədri Kim Byonq-kvan ilə görüşüb və Azərbaycan mallarının Koreya bazarına idxalı imkanlarına dair fikir mübadiləsi aparıb.
Eyni tarixdə E.Məmmədov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) prezidenti Son Hyok-sanq ilə görüş keçirib. Görüş zamanı 1994-cü ildən etibarən KOICA tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yurdundan didərgin düşmüş insanlara göstərilmiş yardımlar və sonrakı dövrlərdə Azərbaycanda həyata keçirilmiş layihələr yüksək qiymətləndirilib və KOICA ilə əməkdaşlığın gələcəkdə də yüksək templə davam etdiriləcəyinə inam ifadə olunub.
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı






























.jpg)
.jpg)




