Nida Xəbər
III Dünya Müharibəsinin nəticələri O MASADA rəsmiləşəcək – SENSASİON PROQNOZ - VİDEO
2020-ci ildə “pandemiya” adlanan bəlanın dünyada məntiqsiz, hətta cinayətkarcasına pis idarə edilməsinin böyük böhrana, böhrandan çıxmaq üçün isə lokal, proksi, hibrid müharibələrə səbəb olacağını, bunun nəticəsində isə dünyada yeni oyun qaydalarının yaranacağını dəfələrlə yazılarımda, publik video-çıxışlarımda qeyd etmişəm. “Pandemiyanı” əsas gətirərək dünya ölkələri 2020-21-ci illərdə 17 trilyon dollar pul çap edib “səpdilər”, nəticədə dünyada inflyasiya, qiymət artımı tüğyan etdi, bundan başqa bütün ölkələrin borcu artdı.
Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, dünyanın ümumi ÜDM həcminin illik 80-85 trilyon dollar olmasına baxmayaraq, qlobal borc həcmi 2022-ci ilin yanvarın əvvəlinə 226 trilyon dollara qalxıb:
“Ölkələrin tək dövlət borcu (biznesi nəzərə almadan) 2022-ci ilin əvvəlinə 72 trilyon dollar idi. Ən çox borcu olan ölkələr ABŞ və Avropa ölkələridir. Bu qədər borcu, obrazlı desək, “işləyib-qaytarmaq” mümkün deyil, qlobal böhrandan ancaq müharibələrlə çıxmaq, kimlərisə (bəzi ölkələri) “yeməklə” həll etmək olar. Bir tək Rusiyanı “yolmaqla” bu boyda böhrandan çıxmaq mümkün deyil, əlavə “yağlı qurbanlara” ehtiyac var, və ya böyük bir xaos lazımdır ki, dünyada yeni bir dövr başlasın”.
N.Cəfərliyə görə, dünyada yeni dövrün başlaması üçün tək Ukrayna savaşı azdır, yeni “Helsinki-1975” üçün bir neçə bölgə də alovlanmalıdır:
“Amma sonda mütləq qlobal masa qurulacaq, o masada davam edən “3-cü dünya savaşının” və “soyuq müharibənin” nəticələri hüquqi cəhətdən rəsmiləşəcək. O masada əvvəl qurulmuş ittifaqlar həlledici olacaq - Azərbaycanın Türkiyə ilə de-yure, Britaniya və İsrail ilə du-fakto yaratdığı ittifaqlar bizim çox dadımıza çatacaq”.
Akqabay
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






