Nida Xəbər
Təşəbbüs qrupları arasında futbol çempionatına start verildi
Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə təşəbbüs qrupları arasında futbol çempionatına start verilib.
Publika.az xəbər verir ki, turnirlə bağlı ictimai müraciət elanı verildikdən sonra 21 təşəbbüs qrupu çempionatda iştirak etmək üçün onlayn qeydiyyatdan keçib. Onlar arasından 16 təşəbbüs qrupunun formalaşdırdığı futbol komandası qoyulmuş qayda və kriteriyalara cavab verdiyi üçün çempionata buraxılıb.
Seçim mərhələsindən sonra “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində püşkatma mərasimi baş tutub. Püşkatma nəticəsində çempionatın rəqib komandaları müəyyənləşib.
Turnir A və B qruplarının hər birində 8 komandanın iştirakı ilə baş tutan qrup mərhələsi, 1/6, yarımfinal və final oyunundan ibarətdir.
Artıq turnirin 24 oyunundan 12-si geridə qalıb. Nəticədə 12 komanda növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, layihənin məqsədi təşəbbüs qruplarını idmanın birləşdirici fəlsəfəsi ilə bir araya gətirmək, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyini təmin etmək, gənclər arasında sağlam həyat tərzinin təşviqi və onların asudə vaxtının səmərəli keçirilməsinə töhfə verməkdir.
Səxavət
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)

.jpg)

























