Nida Xəbər
Avropa Liqası: Daha 6 komanda pley-offa yüksəldi
UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
Publika.az-ın məlumatına görə, ikinci oyun günündə daha 6 cavab görüşü keçirilib..
Türkiyə "Fənərbağça"sı Çexiyada "Slovaçko"nun qonağı olub. "Sarı-lacivərdlilər" İstanbuldakı ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Səfərdə 1:1 hesablı heç-heçə qeydə alındığından, Türkiyə təmsilçisi pley-offa yüksəlib.
"Fənərbağça" ilə yanaşı, Finlandiyanın HİK (Helsinki), İsveçrənin "Sürix", İsveçin "Malmö", Kiprin AEK (Larnaka) və Yunanıstanın "Olimpiakos" klubları mərhələ adlayıblar.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunları
11 avqust
20:00. HİK (Helsinki, Finlandiya) - "Maribor" (Sloveniya) - 1:0
Qollar: Santeri Hostikka, 54
İlk oyun - 2:0
21:00. "Slovaçko" (Çexiya) - "Fənərbağça" (Türkiyə) - 1:1
Qollar: Ondrjey Şaşinka, 58 - Serdar Dursun, 56
İlk oyun - 0:3
21:00. "Sürix" (İsveçrə) - "Linfild" (Şimali İrlandiya) - 3:0
Qollar: Donis Avdiyay, 11; 26. İvan Santini, 84
İlk oyun - 2:0
22:00. "Düdelanj" (Lüksemburq) - "Malmö" (İsveç) - 2:2
Qollar: Samir Haci, 56. Danel Sinani, 61 - Məhəmməd Buya Turay, 50. Ula Toyvonen, 52
İlk oyun - 0:3
22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Olimpiakos" (Yunanıstan) - 2:2 (ƏLAVƏ VAXTDA - 1:1, PENALTİLƏRLƏ - 3:4)
Qollar: İvan Şaponiç, 90+4. Andre Qrin, 108 - Filip Sinkernagel, 54. Məhəmməd Kamara, 101
Qırmızı vərəqə: Mienti Abena, 90+7 ("Slovan")
İlk oyun - 1:1
23:00. "Partizan" (Serbiya) - AEK (Larnaka, Kipr) - 2:2
Qol: Rikardu Qomeş, 24; 54 - Rafael Lopeş, 52. İmad Farac, 57
İlk oyun - 1:2
Qeyd edək ki, daha əvvəl İrlandiyanın "Şemrok Rovers" klubu Şimali Makedoniyada "Şkupi"yə 2:1 hesabı ilə qalib gələrək, adını pley-offa yazdırıb. Qonaqlar ilk matçda da qələbə qazanmışdı - 3:1.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
