Nida Xəbər
Təşəbbüs qrupları arasında futbol çempionatı başa çatdı
Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilən Təşəbbüs qrupları arasında futbol çempionatı başa çatıb.
Publika.az xəbər verir ki, turnirin yarımfinal mərhələsinin nəticələrinə uyğun olaraq “Soydaş” FK və “Könüllülər” TQ final görüşündə qarşılaşıblar. Həyəcanlı keçən final oyununda “Soydaş” FK qələbə qazanaraq turnirin qalibi olub.
Beləliklə, Təşəbbüs qrupları arasında futbol çempionatının yekun nəticələrinə əsasən İdman Klubu 3-cü yer, Könüllülər TQ 2-ci yer, Soydaş FK isə 1-ci yer tutub.
Turnirin sonunda birinci, ikinci və üçüncü yerdə qərarlaşan komandaların hər bir üzvü müvafiq medal və diplomlarla təltif olunub, qalib komandaya çempionatın kuboku təqdim edilib. Çempionatda iştirak edən digər komandaların üzvlərinə isə layihədə aktiv iştirakçılıqlarından dolayı fəal iştirakçı diplomları tədqim olunub.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd təşəbbüs qruplarını idmanın birləşdirici fəlsəfəsi ilə bir araya gətirmək, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinə töhfə vermək, gənclər arasında sağlam həyat tərzinin təşviqi və onların asudə vaxtının səmərəli keçirilməsinə dəstək olmaqdır.
Səxavət
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO








.jpg)

.jpg)
























