Nida Xəbər
Paşinyan: “Qonşular bizdən həddən artıq çox tələb edirlər”
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün deyib ki, Ermənistanın bəzi qonşuları “bizdən həddindən çox tələb edirlər”.
Publika.az xəbər verir ki, o, bu barədə Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 32-ci ildönümü münasibətilə müraciətində bildirib.
Müraciətdə bir sıra maraqlı və üstüörtülü məqamlar yer aldığı üçün onu ixtisarla təqdim edirik.
“Ali Sovetin 23 avqust 1990-cı ildə qəbul etdiyi Bəyannamədə göstərilir ki, Ermənistan Sovet Sosialist Respublikası müstəqil dövlət qurmaq prosesinə başlayır.
De-yure başlanmış bu proses 21 sentyabr 1991-ci ildə keçirilən müstəqillik referendumu və Ermənistan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınması ilə başa çatdı.
Əslində, o proses bu günə kimi başa çatmayıb, ona görə yox ki, bizdə müstəqillik yoxdur, ona görə ki, müstəqillik sağlamlıq kimidir, əgər sağlam olsanız belə hər gün onun qayğısına qalmaq lazımdır.
Hökumət hər gün Ermənistan Respublikasının müstəqilliyi uğrunda mübarizə aparır: Müstəqillik bizim üçün təhlükəsizlikdir, onu təmin edən beynəlxalq strukturlar gözümüzün qabağında çatlayır və ilk çat, təəssüf ki, Dağlıq Qarabağda özünü büruzə verdi.
Müstəqillik qonşularla münasibətlərin tənzimləyir. Bəzi qonşularımızla əla münasibətlərimiz olsa da digər hissə ilə münasibətlərdə ciddi irəliləyiş yoxdur, çünki onlar bizdən həddindən artıq çox tələb edirlər, ya da hesab edirlər ki, biz onlardan həddindən artıq çox tələb edirik.
Müstəqillik bizim üçün güclü müttəfiqlik münasibətidir, lakin müttəfiqlər həmişə təkcə sizinlə deyil, həm də sizə qarşı olanlarla müttəfiqdirlər”.
Səxavət
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi











.jpg)























.jpg)

.jpg)