Nida Xəbər
“Davam” tərəfindən ilk “Günərzi Yay Düşərgəsi” keçirildi
20-21 avqust tarixlərində “Davam” Gənclər Hərəkatının təşkilatçılığı, “Aktual” tədris mərkəzi və “Badamlı” təbii mineral süfrə suyunun tərəfdaşlığı ilə İsmayıllı rayonunda 23 gəncin iştirak etdiyi ilk “Günərzi Yay Düşərgəsi” baş tutub.
Publika.az xəbər verir ki, 20 avqust səhər saatlarında İsmayıllı rayonunda gənclərin kamp çadırlarını qurub yerləşməsi ilə düşərgəyə start verilib, daha sonra isə ilkin olaraq kamp qaydaları ilə tanışlıq görüşü keçirilib.
Görüşün ardınca isə nahar fasiləsi və daha sonra Turizm Könüllüləri Təşkilatının direktoru Niyaz Əliyev tərəfindən “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim baş tutub.
Təlimin ardından gün ərzində gənclər arasında müxtəlif intellektual və əyləncəli oyunlar bir-birini əvəzləyib, gecəyə doğru isə açıq havada film nümayişi olub və düşərgə maraqlı müzakirələrlə tonqal ətrafında davam edib.
“Günərzi” düşərgələri "Davam" Gənclər Hərəkatının yeni düşərgə modeli olub iki gün bir gecə formatında həyata keçirilir. Bu düşərgələrin təşkil olunmasında məqsəd mobil düşərgə formatı ilə qısa zamanda daha çox gənci əhatə edərək onların asudə vaxtının səmərəli keçirilməsinə töhfə verməkdir.
Qeyd edək ki, “Günərzi” düşərgələrinin yay və qış mövsümlərində davamlı icra olunması planlaşdırılır.
Səxavət
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO








.jpg)

.jpg)
























