Nida Xəbər
İsa Qəmbərin pensiyası ilə bağlı məhkəmə qərar verdi
Bu gün Bakı İnzibati Məhkəməsində İsa Qəmbərin şikayəti üzrə proses keçirilib.
Publika.az xəbər verir ki, vəkil Nemət Kərimli deyib ki, şikayət ərizəsində İsa Qəmbərin əmək pensiyası hüququnun pozulduğu qeyd edilmiş, bildirilmişdi ki, ona xüsusi şərtlərlə əmək pensiyası düşür:
“Məhkəmədən Dövlət Sosial Müdafiə Fondunun boynuna “Əmək pensiyaları haqqında” qanuna riayət etməyi, Milli Məclisin sədri olmuş İsa Qəmbərə sədrin əməkhaqqının 80 faizi qədər əmək pensiyası kəsmək öhdəliyi qoyulmasını istəmişdik. Təəssüf ki, Bakı İnzibati Məhkəməsinin 12 sentyabr iclasında istəyimiz reallaşmadı, Dövlət Sosial Müdafiə Fondunun İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsmək qərarı haqlı sayıldı. Biz bununla barışmırıq və Bakı Apellyasiya Məhkəməsinə üz tutacağıq”.
Parlament sədrinin aylıq vəzifə maaşı 3550 manatdır. Bu məbləğin 80 faizi 2840 manat edir. Mayın 11-də İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsilib. Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanun pensiya hüququ üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) şərti qoyur, İsa Qəmbərin sənədləri bu şərtlərə uyğun gəlməyib. İsa Qəmbər pensiya yaşına – 65 yaşa 2022-ci il fevralın 24-də çatıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)
















.jpg)
.jpg)
