Nida Xəbər
Generalımız erməni təxribatından DANIŞDI: Ordumuz bir neçə DÜŞMƏN POSTUNU və..
“Ermənistanın son təxribatlarının arxasında İrəvanın bir sıra siyasi maraqları dayanır. Onlar artıq arxivə göndərilmiş ATƏT-in Minsk qrupunu bərpa etmək istəyir, “status” məsələsini gündəmə gətirməyə çalışırlar. Ermənilər yaxşı bilir ki, Azərbaycan Ordusu onların cavabını verəcək. Ona görə də ermənilər ötən gecə xeyli sayda kəşfiyyat-diversiya qruplarını təxribat törətmələri üçün göndəriblər. Onlar bizim hərbi və mülki kommunikasiya xəttlərimizi gecə ikən minalamağa çalışıblar. Səhər həmin kommunikasiya xəttlərini partladaraq bizim ordumuzda mənəvi-psixoloji vəziyyəti aşağı salmaq istəyiblər. Ermənilər bu kimi xülyalara nail ola bilməyəcəklər, ötən gecə də nail olmadılar. Onlar sərhədi keçən kimi hərbçilərimiz bundan xəbər tutublar. Dərhal müəyyən piyada ehtiyatları cəlb olunaraq düşmənin diversiya qrupları məhv edilib”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov deyib.
Ehtiyatda olan general-leytenantın sözlərinə görə, ötən gecə ermənilərin komanda-qərargah məntəqələri də göyə sovrulub:
“Eləcə də düşmənin bir neçə hərbi hissə və bölmələri darmadağın olunub. Müəyyən istiqamətlərdə ermənilərin strateji əhəmiyyət daşıyan postları əsgərlərimiz tərəfindən azad olunub. Hazırda həmin postlarda Azərbaycan hərbçiləri möhkəmləniblər. Bizim məqsədimiz odur ki, ermənilər bu cavablardan dərs çıxarsınlar və delimitasiya-demarkasiya prosesini sürətləndirsinlər. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına razılaşsınlar”.
General Aydəmirovun fikrincə, biz həmişə bir şəhidimizin qisasını ən azından 10 qat almışıq:
“Bu dəfə də şəhidlərimizin qisası artıqlaması ilə alındı. Onların qanı yerdə qalmadı. Ermənilər 49 hərbçisinin öldüyünü deyirlər. Amma yalandır. Çünki onlar qısa müddət ərzində öz meyitlərini götürə bilməzlər. Onların dəqiq sayını araşdırmaq imkanları da yoxdur. Düşmənin 49 nəfər itki verməsi ilkin məlumatdır. Reak itkiləri isə qat-qat çoxdur. Səsi hələ sonra çıxacaq. Azərbaycan Ordusu budəfəki əməliyyatlar nəticəsində nə lazımdırsa, götürüb. Bunu mən tam əminliklə deyirəm. Artıq erməni tərəfi bu barədə sosial şəbəkələrdə də məlumatlar paylaşırlar. Onlar əvvəlki postları ilə son dayandıqları mövqeləri də müzakirə edirlər. Ötən gün nə qədər postlarını və leşlərini qoyub qaçıb gediblər. Bir mövqeyimiz də ermənilərin əlinə keçməyib, amma bizimkilər onların bir neçə mövqeyini ələ keçiriblər. Biz lokol zərbələr endirmişik. Yəni kiçik həcmli zərbələrdən gedir. Genişmiqyaslı hücum əməliyyatı olmayıb. Ordumuzun Ermənistan ərazisinə daxil olmasından söhbət gedə bilməz”.
Tural Turan
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı






.jpg)







.jpg)















.jpg)



.jpg)

