Nida Xəbər
BMT-dən gərginliklə bağlı AÇIQLAMA: Sərhədlərinin delimitasiyası...
“Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar 2020-ci ildən bəri ən ciddi gərginlikdir. Bu gərginlik sərhədin delimitasiyası prosesinin vacibliyini nümayiş etdirir”.
Publika.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında Baş katibin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença deyib.
“Biz artan gərginlikdən narahatıq. Bu gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırıq”, - o vurğulayıb.
M.Yença ötən gün atəşkəs rejiminin elan olunmasını alqışlayıb və tərəfləri buna əməl etməyə çağırıb.
Baş katibin köməkçisi xatırladıb ki, Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar hər iki tərəfdən itkilərə səbəb olub: “Belə ki, Azərbaycan tərəfdən 71 əsgər həyatını itirib, 2 mülki şəxs yaralanıb”.
“Sərhəddəki hazırkı gərginlik regionda sabitliyi poza bilər. Sülh yolu ilə nizamlanma üzrə işi davam etdirmək vacibdir. Bu istiqamətdə beynəlxalq səyləri tam dəstəkləyirik. BMT tərəflərlə sıx əlaqə saxlayır”, - deyə o vurğulayıb.
M.Yença Azərbaycan və Ermənistanı sülh müqaviləsinin imzalanması üçün addımlar atmağa çağırıb.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)

.jpg)


























