Nida Xəbər
Moskvadakı Azərbaycan İcması erməni təxribatını pislədi
Rusiya paytaxtında fəaliyyət göstərən Moskva Azərbaycanlıları İcması ölkəmizin dövlət sərhədində Ermənistanın törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.
Bu barədə Publika.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyevin adından yayılmış bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü bildirilib.
Qeyd edilib ki, Rusiyada yaşayan Azərbaycan icması yaranmış duruma görə dərin narahatlıq hissi keçirir, çünki beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə hər vəchlə mane olmağa çalışdığı açıq-aşkar göz qabağındadır.
İcma rəhbəri dünya birliyini Ermənistanın təcavüzkar siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyması və sülhə sövq edilməsi istiqamətində təzyiqlərini artırmağa və əməli addımlar atmağa çağırıb.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)

.jpg)


























