Nida Xəbər
Rusiya əleyhinə sanksiyaları bu ölkələr əngəlləyir – Onlar hansılardır?
Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarının tətbiqi Macarıstan, Kipr, Yunanıstan və Maltaya görə ləngiyə bilər, çünki bu ölkələr Rusiya neftinin qiymətinin yuxarı həddi tətbiq edilməsinə qarşı çıxıblar.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri yüksək vəzifəli avropalı diplomatlara istinadən yazır.
“Kipr, Yunanıstan və Malta Aİ-nin öz tankerlərinə müəyyən qiymət həddindən yuxarı satılacaq Rusiya neftini daşımağı qadağan etməklə özünə ziyan vuracağından narahatdır. Bu ölkələr həmçinin Türkiyə, Hindistan və İndoneziyaya öz azad bazar paylarını götürüb daşımalarını davam etdirə biləcəklərini edirlər”, - nəşr yazır.
Nəşrdə qeyd edildiyi kimi, Macarıstan, Kipr, Yunanıstan və Maltanın tanker donanması yanacağın böyük hissəsini Rusiyadan Avropaya daşıyır.
Budapeştə gəlincə, o, xüsusi şərtlərdə israr edir.
Məqalədə deyilir: “Macarıstana sanksiyaların altıncı raundundan kənarda qalması sayəsində aldığı Rusiya yanacağının qonşu ölkələrə reeksportuna icazə verilməlidir”.
Lakin diplomatların fikrincə, Avropa Komissiyası bu yolla Budapeştin neft bazarında haqsız üstünlük əldə edəcəyindən narahatdır.
İyunun əvvəlində Qərb ölkələrinin nümayəndələrindən Rusiya nefti üçün qiymət tavanının hazırkı qiymətin yarısı səviyyəsində müəyyən edilməsi təklifləri var idi. "Bloomberg" agentliyinin məlumatına görə, 40-60 dollar rəqəmləri müzakirə olunub.
Səxavət
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

















.jpg)







.jpg)


