Nida Xəbər
Ukraynanın bütün şəhərləri aramsız bombalanır: Kiyev metrosu sığınacaq kimi...
Ukraynanın paytaxtı Kiyevin mərkəzində partlayışlar olub, raketlərdən biri Ukrayna Prezidentinin ofisinin yaxınlığında düşüb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Qeraşenko “Twitter”də bildirib.
“Kiyevdə raketlərdən biri Vladimirski küçəsində Qruşevskinin abidəsinin yanına düşüb”, – paylaşımda bildirilir.
Bu küçədə Ukraynanın Təhlükəsizlik Xidməti, yaxınlıqda isə ölkə prezidentinin ofisi yerləşir.
Kiyevdə partlayışların olması faktını yerli nəşrlər yazıb və bunu Ukrayna paytaxtının meri Vitali Kliçko da təsdiqləyib.
“Şəhərin kritik infrastrukturuna bir neçə raket atılıb. Xəsarət alanlar var. Bütün xidmətlər hadisə yerindədir, işləyirlər”, - o “Telegram”da yazıb.
Kiyev metrosunda qatarların hərəkəti dayandırılıb, bütün yeraltı stansiyalar sığınacaq kimi işləyir.
“Ukraynanın hər yerində hava hücumu səngimir. Raket zərbələri var. Çox xahiş edirəm: sığınacaqları tərk etməyin. Özünüzü və yaxınlarınızı qoruyun. Gəlin duruş gətirək və güclü olaq”, – bunu isə Prezident Vladimir Zelenski “Telegram”da yazıb.
O əlavə edib ki, ölən və yaralananlar var.
Ukrayna “Televiziya Xəbərlər Xidməti” bildirir ki, zərbələr davam edir. Bundan əlavə, Kiyev, Poltava, Rovnensk, Çerkassı, Sum və Jitomir vilayətlərində, Dnepropetrovsk, Xarkov, Xmelnitski, İvano-Frankovsk, Ternopil və Lvov şəhərlərində partlayışlar olduğu bildirilir.
“Lvov vilayətində enerji infrastrukturu obyektlərinə zərbələr qeydə alınıb. Ətraflı məlumat daha sonra veriləcək. Lvovlılar, sığınacaqlarda qalın, yeni raket zərbələri təhlükəsi var. Heç bir foto, video və fərziyyə yaymayın”, - Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski “Telegram-kanal”ında yazıb.
Bundan əlavə, KİV-lər Odessada hava hücumundan müdafiə sisteminin işlədiyini bildirir.
Kiyev vilayətində elektrik enerjisində gərginlik dalğalanmaları qeydə alınıb, Ukraynanın bir çox bölgələrində elektrik enerjisi kəsilib.
Səxavət
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)