Nida Xəbər
"Davam" beynəlxalq kampaniya ilə bağlı hazırlıqları yekunlaşdırdı
“Davam” Gənclər Hərəkatı tərəfindən start verilən informasiya müharibəsi ilə bağlı maarifləndirmə, praktiki təlim və kampaniyalardan ibarət fəaliyyət gündəliyi olan “İnfomüharibə ayı” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən “Beynəlxalq sosial mediada işğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlarla çirklənməsi mövzusunda kampaniyanın keçirilməsi” adlı layihə davam edir.
Publika.az xəbər verir ki, layihə çərçivəsində 30 nəfərlik fərqli iştirakçı qrupları ilə yekun 5 təlim baş tutub.
Davamlı İnkişaf Xidmətinin rəhbəri Aygün Hüseynovanın təqdimatında keçirilən təlimlər zamanı mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə, cari statistik məlumatlar, informasiya müharibəsinin əhəmiyyəti və sosial media, xüsusilə "Twitter" üzərində həyata keçiriləcək sosial media kampaniyasına hazırlıqla bağlı ətraflı məlumat verilib və gənclərin çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin vicdanla icrasının və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayaraq Ermənistan siyasi-hərbi rəhbərliyinin təcavüzkar və işğalçı siyasəti nəticəsində törədilmiş insan hüquqları pozuntularının, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla regionda törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər ilə bağlı faktların beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasına, minalanmış ərazilərin xəritələri və digər zəruri məlumatların Azərbaycana təqdim edilməsi üçün Ermənistana təsir göstərməyə, Azərbaycana işğaldan azad olmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə dəstək verməyə, sülh naminə birgə səylər göstərməyə çağırış etməkdir.
Səxavət
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq









.jpg)
















.jpg)











