Nida Xəbər
"Azərbaycan Fransa ilə əlaqələri dayandırmalı, səfirini geri çağırmalıdır" - Deputat
Milli Məclisin payız sessiyasının ikinci plenar iclası başlayıb.
Publika.az xəbər verir ki, iclasa spiker Sahibə Qafarova sədrlik edir.
Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələlər barədə danışıb. Deputat Qüdrət Həsənquliyev deyib ki, ikiüzlü siyasətçi kimi tanınan Fransa prezidenti Makronun çıxışı ilə tanış olub:
“Makron deyib ki, onu heç kim neft və qazla ala bilməz. Mən də deyirəm ki, ədalətli adam haqsız tərəfi müdafiə etməz. Bir milyon müsəlman azərbaycanlı 34 ildir qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycanın ərazilərini 30 il işğalda saxlayan Ermənistana deyilmədi ki, sən öz sərhədlərinə qayıtmalısan, sənə sanksiya tətbiq ediləcək. İndi Putin Rusiyası qismən neytrallığını qorumağa çalışır. Amma Rusiya Ermənistan tərəfdən vuruşsaydı, satılmaram deyən Makron Rusiyaya təşəkkür edərdi. Üçtərəfli sazişdən sonra Fransa Ermənistana vaxtında təzyiq göstərsəydi, başa salsaydı 13-14 sentyabrda Ermənistanın təxribatı da baş verməzdi. Ermənistana vicdansız dəstəyinə görə Fransa birbaşa məsuliyyət daşıyır”.
Deputat əlavə edib ki, Fransa Senatı Azərbaycana qarşı 15 noyabrda qətnamə qəbul etməyə hazırlaşır: “Əgər belə bir qətnamə qəbul edilsə, Azərbaycan Fransada ilə əlaqələri dayandırmalı, səfirini geri çağırmalıdır”. Q.Həsənquliyev əlavə edib ki, üçtərəfli razılaşmanın tələblərini yerinə yetirmək Rusiyadan tələb olunmalıdır.
-
Ekologiya12:53Sabahın hava proqnozu açıqlandı
-
MDB12:28Özbək deputat: Azərbaycanla müttəfiqlik yalnız dövlət institutları səviyyəsində deyil
-
Hadisə11:26Azərbaycan media heyəti Daşkənddədir - VİDEO
-
Magazin110:52Xuraman Şuşalı ərindan yazdı: "Arada yüngülcə özü də vururdu" - FOTO
-
Hadisə10:50Jurnalistlər Daşkəndə yola düşür - VİDEO
-
Qoroskop09:00Avqustun sonunda 3 bürcü sınaq gözləyir
-
Avropa08:48Alaster Kruk Rusiyaya təzyiq göstərməyin nəticələri barədə xəbərdarlıq etdi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı










.jpg)















.webp)










