Nida Xəbər
FHN-in Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən yol - şəhidlər və şahidlər” adlı tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Akademiyanın rəisi general-mayor Baba Salayev, Milli Məclisin deputatı Aqil Abbas, şəhid döyüşçü Elzar Yusubovun anası Günəş Daşdəmirova, “Təbib” qəzetinin baş redaktoru, 44 günlük Vətən müharibəsi qazisi Məğrur Əli Polad, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, qazi İlqar Cahangirov, Suraxanı Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Elmar Hüseynov, şəhid ailələrinin üzvləri, FHN Akademiyasının professor-müəllim heyəti və kursantları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev bildirib ki, 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq şanlı Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aqil Abbas Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin əhəmiyyətindən söz açaraq həmin qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu bildirib.
Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Elzar Yusubovun anası Günəş Daşdəmirova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Vətənin qorunmasının hər bir vətəndaşın müqəddəs vəzifəsi olduğunu vurğulayan Günəş Daşdəmirova şəhid Elzar Yusubovla bağlı xatirələrini bölüşüb.
Sonra “Təbib” qəzetinin baş redaktoru, 44 günlük Vətən müharibəsi qazisi Məğrur Əli Polad, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, Qarabağ Müharibəsi qazisi İlqar Cahangirov, Suraxanı Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Elmar Hüseynov İkinci Qarabağ müharibəsində keçdikləri döyüş yolundan danışıb, müharibə xatirələrindən söz açıblar.
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Nida Xəbər 15 İyul 22:32Milli Məclis təsdiqlədi - Bu dövlət rüsumu 50 manat oldu
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi





































