Nida Xəbər
“Davam” Masallı və Lənkəranda silsilə görüşlər keçirdi - FOTO
“Davam” Gənclər Hərəkatı tərəfindən 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar olaraq keçirilən “ZəfərimİZ” kampaniyası çərçivəsində ümumrespublika miqyaslı silsilə tədbirlər davam edir.
Publika.az xəbər verir ki, kampaniya çərçivəsində növbəti tədbirlər Masallı və Lənkəranda təşkil olunub.
Azərbaycanın cənub regionlarına baş tutan səfər çərçivəsində Masallı Dövlət Regional Kollecinin tələbələri ilə Masallı Gənclər Evində görüş keçirilib. Görüşdə "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı ilə yanaşı kollecin direktor müavini Namiq Ağayev də iştirak edib. Masallıya baş tutan səfər çərçivəsində digər görüş Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Gənclər Evinin direktoru Fuad Mənsimov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, GİKM-nin Masallı nümayəndəliyinin rəhbəri Aynur Tağıyeva, rayonda fəaliyyət göstərən QHT rəhbərləri və bir qrup fəal gəncin iştirakı ilə Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Masallıdan sonra Lənkəran şəhərinə baş tutan işgüzar səfər zamanı Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində təhsil alan tələbələrlə görüş baş tutub. Görüşdə “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova və direktor köməkçisi Cəmil Quliyev iştirak edib. Daha sonra "Davam" sədri Nihad Allahyarlı və idarə rəisi Teymur Babazadənin iştirakı ilə aktiv gənclər və ictimai fəallarla Lənkəran şəhər Gənclər və İdman İdarəsində görüş keçirilib. Görüş zamanı gənclərdən gələn sosial sifarişlər dinlənilib və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Qeyd edək ki, kampaniya çərçivəsində Masallı və Lənkəranda keçirilən görüşlərdə Azərbaycanın 44 gün ərzində keçdiyi şanlı Zəfər yolu, regiondakı geosiyasi şərait, postmüharibə dövrünün reallıqları, “Davam” Gənclər Hərəkatının fəaliyyəti, gördüyü işlər və gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verilib. Bu görüşlərdə ümumilikdə 600-dən çox gənc iştirak edib.
Səxavət
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial15 Aprel 17:23Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika15 Aprel 16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı











.jpg)




.jpg)



















