Nida Xəbər
Paşinyanın etirafı: “Sülhməramlılarla bağlı təklifim qəbul edilmədi”
Soçidə keçirilən üçtərəfli görüşdə sülh gündəliyinin həyata keçirilməsi istiqamətində addım atılıb.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bildirib.
“Çox faydalı və vacib görüş oldu. Çox vacib suallar qaldırıldı. Həmin görüşdən əvvəl Ermənistanda bəzi müzakirələr gedirdi ki, biz görüşə Ermənistan-Azərbaycan münasibətlərinin və bu sahədə mövcud olan Qarabağ probleminin həllinin ən optimal variantı ilə gedirikmi? Düşünürəm ki, Soçi görüşünün ən mühüm xüsusiyyətlərindən biri bu suala cavab idi.
Rusiyalı tərəfdaşlar Qarabağın statusu məsələsini qeyri-müəyyən müddətə təxirə salmağın düzgün yanaşma olacağını bəyan ediblər. Bu, onunla əsaslandırılır ki, hazırda hər iki tərəfə də məqbul olacaq status tapmaq üçün obyektiv imkan yoxdur. Ermənistan hökumətinin yeritdiyi siyasət bu baxışa yüz faiz uyğundur”, – deyə Nikol Paşinyan əlavə edib.
O, həmçinin üçtərəfli görüşdə Ermənistanın Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılmasını təklif etdiyi barədə məlumat verib.
“Qeyri-müəyyən müddətə - 20, 15, 5 il üçün variantlar var. Təklif indiki mərhələdə qəbul edilmədi, amma qeyd etməliyəm ki, fikrimcə, məsələ gündəliyə çevrildi.
Aydındır ki, sülhməramlıların mövcudluğu, təhlükəsizlik və hüquqlar üçün etibarlı mexanizmlər və təminatlar yaradılana qədər Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsində ən mühüm amildir”, - deyə Paşinyan vurğulayıb.
Səxavət
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






.jpg)



.jpg)










.jpg)

.jpg)














.jpg)