Nida Xəbər
Ərdoğan: “Bizi 52 ildir qapıda gözlədənlərə cavabımızı verəcəyik”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin 52 ildir Avropa İttifaqının qapısında gözlədiyini və zamanı gələndə lazımi cavabı verəcəyini bildirib.
Publika.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bunu Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammiti zamanı deyib.
“Bizi 52 ildir Avropa İttifaqının qapılarında əziyyət çəkməyə məcbur edirlər. Hələ də eyni şeyi etməyə davam edirlər. Amma biz zamanı gələndə cavab verəcəyik”, - deyə Türkiyə Prezidenti qeyd edib.
Türkiyə Avropa İttifaqı ilə assosiasiya sazişini 1963-cü ildə imzalayıb.
Daha əvvəl Ərdoğan bildirib ki, Türkiyə tərəfi ölkənin ittifaqa daxil olması ilə bağlı Avropa İttifaqı ilə danışıqların bərpasının tərəfdarıdır.
O, həmçinin əlavə edib ki, Türkiyə Almaniyanın Türkiyə-Yunanıstan münasibətlərində neytral mövqeyə qayıtmasını gözləyir.
Səxavət
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)